image-qanunla-reklam
image-31067081

Azərbaycan – İtaliya münasibətləri çoxşaxəli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir

image-lady-day-az

Prezident İlham Əliyevin İtaliyaya iki günlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır.

Cənab Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı bildirdi ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Dövlət başçısı qeyd etdi ki, “bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür”. Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur;

Qeyd etməliyik ki, həqiqətən, İtaliya zəngin mədəniyyətə, böyük dövlətçilik tarixinə, güclü iqtisadiyyata, dünya siyasətində özünəməxsus yerə malik olan bir ölkə kimi həmişə mühüm maraq kəsb edir. Azərbaycanda da bu ölkəyə xüsusi maraq mövcuddur. Buna görə də ölkəmizdə İtaliya ədəbiyyatı, tarixi və mədəniyyəti böyük maraqla izlənilir.

Qoyulan möhkəm təməlin nəticəsidir ki,Azərbaycan-İtaliya münasibətləri hələ də uğurla davam etməkdədir. Prezident İlham Əliyevin İtaliyaya ikigünlük işgüzar səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələ açır. Prezident İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə Çernobbio şəhərində keçirilən beynəlxalq forumda əsas qonaq qismində iştirakı, həmçinin dövlətimizin başçısının forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir.

Azərbaycan keçən il müstəqilliyinin 30-cu ildönümünü qeyd etdi. Azərbaycan hər zaman əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib. Azərbaycan heç bir zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb. Bizim hər zaman öz siyasətimiz olub, hansı ki, beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri, həmçinin müdriklik üzərində formalaşıb.

Aytac Məhərrəmli YAP-Nizami rayon təşkilatının məsləhətçisi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki