image-qanunla-reklam
image-_123998449_2e8edc14-bbec-4d0a-b5ea-c67e6fa39221-jpg

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

image-lady-day-az

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır. Soçidə keçirilən həm ikitərəfli, həm də üçtərəfli görüşdə Prezident cənab İlham Əliyev öz qətiyyətli mövqeyi ilə Azərbaycanın milli maraqlarını növbəti dəfə qorudu. Bunu üçtərəfli görüşün sonunda qəbul edilmiş Bəyanatın mətni də təsdiq edir. Bəyanatdan aydın olur ki, Azərbaycanın maraqlarına zidd heç bir məsələ yoxdur. Ümumiyyətlə, Bəyanatda Qarabağla bağlı heç bir müddəa keçmir. Çünki, Qarabağ artıq Azərbaycanın daxili işidir. Azərbaycan Prezidentinin qətiyyətli siyasətinin nəticəsidir. Ermənistanın bir sıra iddialar səsləndirməsi isə bu bəyanatın nəticəsi olaraq puç oldu. Bəyanatda diqqət çəkən məqamlardan biri də humanitar məsələlər blokunun təxirə salınmadan həllinə yönəlmiş əlavə səylər göstərmək barədə razılaşmanın əldə olunmasıdır. Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün iki ölkə arasında sülh müqaviləsinin imzalanması əsas şərtdir. Məhz Soçi Bəyanatında Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işlərinin fəal aparılmalı olduğunun öz əksini tapması dövlətimizin başçısının mövqeyinin üçtərəfli görüşdə həlledici rol oynadığını sübut edir. Bunun üçün də mövcud işlənilən təkliflər əsasında məqbul həll yollarının axtarışı davam etdiriləcək və Rusiya Federasiyası prosesə hər vasitə ilə kömək göstərəcəkdir.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki