image-qanunla-reklam
image-62b978fe1646f62b978fe16470165632230262b978fe1646c62b978fe1646d

Azərbaycan Ermənistana arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb

image-lady-day-az

Ölkəmiz tərəfindən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşmasının əsası olmalı 5 əsas prinsipi irəli sürüb

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu sənəddə yazılanlar əslində, Ermənistana verilən ən sonuncu şansdır, qonşuluq şansı, mövcudolma şansıdır. 44 günlük ağır müharibə Ermənistana əsl dərs oldu, işğalçı bir dövlətin layiq olduğu cəzanı aldı. Ermənistanın silahlı qüvvələri tərəfindən 30 il işğal altında saxlanılan ərazilərimiz azadlığına qovuşandan sonra həmin torpaqlarımızda quruculuq işlərinə start verilib. Azərbaycan Ermənistandan fərqli olaraq quruculuqla məşğuldur və Ermənistana da işğalçılıq, anti-Azərbaycan siyasətindən əl çəkməyi, sülh şəraitində yaşamağı təklif edir. İki il bundan əvvəl imzalanmış və münaqişəyə son qoyan üçtərəfli bəyanatın tələbləri, müddəaları üzrə işlərin sürətləndirilməsi,  Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip üzrə Ermənistanla münasibətlərin normallaşması istiqamətində danışmaq və hərəkət etməyin zamanı yetişib, buna görə təmaslar ciddi rola malikdir.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki