image-qanunla-reklam
image-62d54a6d03a1d62d54a6d03a1e165814538862d54a6d03a1b62d54a6d03a1c

Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir

image-lady-day-az

Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə on beş ildən artıq əməkdaşlıq edir.

Azərbaycanın başlatdığı və Avropa İttifaqının, o cümlədən tərəfdaşlarımızın dəstəklədiyi enerji layihələri Avropanın enerji xəritəsini tamamilə dəyişir. Biz 2006-cı ildə Anlaşma Memorandumunu və 2011-ci ildə Cənub Qaz Dəhlizi ilə bağlı Birgə Bəyannaməni imzalamışıq. Azərbaycan ilə Avropa İttifaqı arasında bir çox sahələri əhatə edən, o cümlədən neft, qaz və bərpaolunan enerji mənbələrini, hidrogeni, enerji səmərəliliyini və digər məsələləri nəzərdə tutan enerji dialoquna başlamışıq. Azərbaycanda bərpaolunan enerjinin istehsalı sahəsində böyük potensial Avropa İttifaqı tərəfindən artıq yüksək dəyərləndirilir. Külək və günəş enerjisinə artıq sərmayə qoyuluşu prosesinə başlamışıq. Potensialımızla bağlı artıq ilkin qiymətləndirməni aparmışıq.Həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın artıq 15 ilə yaxın tarixi olduğu, Gürcüstan və Türkiyə üzərindən keçməklə Avropaya çatdırılan Azərbaycan neftinin və qazının həmin ərazidəki ölkələrin enerji təminatı üçün böyük əhəmiyyət daşıdığını da vurğulamalıyıq. Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək.

 

Zərdab rayonu Çallı kənd tam orta məktəbin müəllimi- Lətifli Tükəz


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki