image-qanunla-reklam
image-1_11667542864

Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib

image-lady-day-az

Prezident cənab İlham Əliyevin 1 noyabr 2022-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışında qeyd etdiyi kimi Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Azərbaycanın torpaqları otuz il Ermənistan işğalında qalmışdır. İşğal dövründə hər bir şey yerlə yeksan edilmiş tarixi abidələr hətta əcdadlarımızın qəbirləri dağıdılmış işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən tamamilə dağıdılmışdır. Cənab Prezident istər Əlcəzair xalqına istərsədə Azərbaycan xalqına edilmiş faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik deməklə bir daha Azərbaycan xalqının sülhsevər xalq və güclü dövlət olduğunu bir daha nümayiş etdirdi. Bu gün ölkə başçısı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan xalqına uzun illər törədilmiş faciələrin qisası 44 gün ərzində alındı və ordumuz düşmənə bir daha belə faciələrin törədə bilməyəcəyi zərbəni vurdu.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini  – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki