image-qanunla-reklam
image-bakubuildings_40

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

image-lady-day-az

Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir

Azərbaycanın onlarla etnik, dini, linqvistik qruplar əsrlər boyu heç bir ayrı-seçkilik olmadan yan-yana yaşayıblar. Azərbaycan xalqı öz təbiətindən gələn dərin insanpərvərlik və xoşməramlılıq duyğusu ilə uzun əsrlərdən bəri bütün digər xalqların dini-mənəvi dəyərlərinə daim ehtiramla yanaşmışdır. Ölkədə müxtəlif mədəniyyətlərə və dini cərəyanlara məxsus insanların heç bir maneəyə rast gəlmədən qarşılıqlı anlaşma şəraitində azad yaşamaları üçün geniş imkanlar yaradılmışdır. Eləcə də azsaylı xalqların öz mədəni dəyərlərini qorumaları və cəmiyyət həyatının istənilən sahəsində fəal iştirak etmələri üçün həmişə şərait yaradılmışdır. Tolerantlıq səviyyəsi və multikultural nailiyyətlər Azərbaycanın ümumbəşəri dəyərlərinə əvəzedilməz töhfələrindəndir.

Azərbaycanın bu qürurverici tarixi erməni etnik azlığına mənsub şəxslərin Azərbaycanın bərabərhüquqlu vətəndaşları kimi reinteqrasiya olacaqlarına ən yaxşı təminat verir. Azərbaycan münaqişənin təsirinə məruz qalmış ərazilərdə yaşayan erməni əsilli vətəndaşların da öz siyasi, sosial, iqtisadi məkanına yenidən inteqrasiya etməsində qətiyyətlidir. Azərbaycan Respublikasının Konstitusiyası bununla bağlı möhkəm hüquqi bazanı təmin edir. İnsan hüquqlarına və əsas azadlıqlara hörmət, konstitusiya və hüquqi çərçivədə cəmiyyətlərdə bərabər və ayrı-seçkisiz əsaslarla təmin edilir. Bunu ATƏT-in ümumi prinsipləri və öhdəlikləri tələb edir.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki