image-qanunla-reklam
image-media-1777277843_aa98ef08f501d40f42ef035482858dfd-1-780x470-kp58wcujzfgt9hb4v3ae

Azərbaycan–Çexiya biznes forumu iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir

image-lady-day-az

Azərbaycan–Çexiya biznes forumu iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir

 

Azərbaycanın xarici siyasət kursunda çoxtərəfli münasibətlər sistemi mühüm yer tutur. Ölkə dünya dövlətləri ilə əməkdaşlıq əlaqələrini genişləndirərək beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirir. Xüsusilə Avropa ölkələri ilə qurulan tərəfdaşlıq formatları iqtisadiyyat və enerji sahələrində uğurla inkişaf edir. Bu baxımdan Çex Respublikasının Baş naziri Andrey Babišin Azərbaycana səfəri ölkəmizin Avropanın önəmli tərəfdaşlarından biri olduğunu bir daha təsdiqləyir. Bu səfər siyasi dialoqun dərinləşməsinə və yeni əməkdaşlıq imkanlarının yaranmasına şərait yaratmaqla yanaşı, ikitərəfli münasibətlərin möhkəmlənməsinə də xidmət edir.

Azərbaycan ilə Çex Respublikası arasında əlaqələr sabit və qarşılıqlı maraqlara əsaslanan xətt üzrə inkişaf edir. Azərbaycan Çexiya üçün mühüm strateji tərəfdaş kimi çıxış edir. Rəsmi Praqa iqtisadi əlaqələrin genişləndirilməsində, xüsusilə qaz təchizatı sahəsində uzunmüddətli əməkdaşlığın qurulmasında maraqlıdır. Bu isə tərəflər arasında mövcud olan etimad və səmimi münasibətlərin göstəricisidir.

Keçirilən görüşlər və imzalanan sənədlər göstərir ki, Azərbaycan ilə Çex Respublikası arasında münasibətlər yüksələn dinamika ilə inkişaf edir. Fəal siyasi dialoq qarşılıqlı etimadı daha da gücləndirir və müxtəlif sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Dövlət başçısı İlham Əliyevin bəyanatında da qeyd olunduğu kimi, tərəflər regional, ikitərəfli və qlobal məsələlər ətrafında geniş fikir mübadiləsi apararaq münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdiriblər.

İqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri olaraq qalır. Ticarət dövriyyəsinin artırılması və onun daha balanslı strukturunun formalaşdırılması qarşıya qoyulan mühüm hədəflər sırasındadır. Enerji sahəsində qarşılıqlı maraqlar isə uzunmüddətli tərəfdaşlığın formalaşmasına və münasibətlərin strateji səviyyəyə yüksəlməsinə əlverişli zəmin yaradır.

Çex tərəfinin açıqlamalarına əsasən, Azərbaycan bu ölkənin enerji təminatında mühüm rol oynayır. Neft idxalının əhəmiyyətli hissəsinin Azərbaycandan təmin olunması, eləcə də çoxsaylı şirkətlərin ölkəmizə maraq göstərməsi əməkdaşlığın real nəticələrini əks etdirir. Bu, əlaqələrin yalnız enerji sektoru ilə məhdudlaşmadığını, sənaye, istehsal, elm və təhsil sahələrini də əhatə etdiyini göstərir.

Eyni zamanda, Azərbaycan–Çexiya biznes forumu iki ölkə arasında iqtisadi münasibətlərin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu cür platformalar yeni investisiya imkanlarının yaranmasına və işgüzar dairələr arasında əlaqələrin dərinləşməsinə şərait yaradır.

Ümumilikdə, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Şərq ilə Qərb, eləcə də Şimal ilə Cənub arasında etibarlı tranzit mərkəzinə çevrilərək beynəlxalq mövqelərini gücləndirməkdə davam edir. Andrey Babišin səfəri isə qarşılıqlı iqtisadi əməkdaşlığın genişlənməsinə, yeni investisiya imkanlarının formalaşmasına və ikitərəfli əlaqələrin daha da inkişafına mühüm təkan verir.

 

Fuad Eyvazov – Məmmədqasımlı kənd sakini, sahibkar


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki