image-qanunla-reklam
image-prezident_iclas_110119_15

Azərbaycan cəmiyyəti ölkənin xarici və daxili siyasətini dəstəkləyir

image-lady-day-az

BU GÜN AZƏRBAYCAN CƏMİYYƏTİ HƏMRƏYLİK NÜMAYİŞ ETDİRİR, AZƏRBAYCAN CƏMİYYƏTİ ÖLKƏDƏ GEDƏN PROSESLƏRİ DƏSTƏKLƏYİR, XARİCİ VƏ DAXİLİ SİYASƏTİ DƏSTƏKLƏYİR

 

Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri dəstəkləyir, bizim xarici, daxili siyasətimizi dəstəkləyir. Çünki bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Regional inkişaf proqramları çərçivəsində görülən işlər, əldə olunan nəticələr ölkəmizin bugünkü reallıqlarında özünün aydın ifadəsini tapır. İyulun 25-də Prezidentimiz cənab İlham Əliyev Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin başçısı, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin başçısı və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi görüşdə qarşıda dayanan vəzifələri açıqladı. Dövlət başçısı bildirdi ki, ilk növbədə, rayonlarda vəziyyət geniş təhlil olunmalı, mövcud nöqsanlar aşkar edilməli və aradan qaldırılmalıdır. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət proqramının qəbulundan bugünədək görülən işlərin xronologiyasına diqqət yetirsək bölgələrimizin simasının tamamilə dəyişdiyini, kənd və qəsəbələrimizin də bu inkişafdan kənarda qalmadığını böyük əminliklə qeyd edə bilərik. Bütün rayonlarda geniş abadlıq-quruculuq işləri görüldü, infrastruktur layihələri icra edildi, insanları narahat edən problemlərin böyük hissəsi öz həllini tapdı. Təbii ki, hər bir sənədin uğurlu icrası növbəti addımın atılmasını şərtləndirir. 3 Dövlət proqramı uğurla icra edildi və əldə edilən uğurlar fonunda 4-cü sənəd təsdiqləndi

Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının başa çatmasına az müddət qalır.

Regionların, o cümlədən kənd və qəsəbələrin sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun, maddi rifahının yüksəldilməsi məqsədilə təsdiqlənən dördüncü sənədin icra edildiyi dövr də uğurlu nəticələrlə diqqətdədir və gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Bir mühüm məqamı nəzərə alaq ki, 2019-cu ilin sonlarından dünyanı bürüyən koronavirus infeksiyası ilə mübarizə tədbirləri həyata keçirilir. Həmçinin 2020-ci ildə 44 günlük Vətən müharbəsini yaşadıq. İki ilə yaxındır ki, tarixi Zəfərimizin nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Qısa təqdimat ölkəmizin iqtisadi inkişafı barədə aydın təsəvvür yaradır.

Qeyd  edilən qəbulda dövlət başçımız cənab İlham Əliyevin səsləndirdiyi “Biz sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq” fikirlərini önə çəkərək qeyd etmək istərdim ki, xalq-iqtidar birliyi, vətəndaş həmrəyliyi, davam edən dinamik inkişaf, hakimiyyətin yürütdüyü siyasətin əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik Azərbaycana uğurlar qazandırır:  Son 18 ildən artıq dövrdə iqtisadiyyatın bütün sahələri üzrə diqqət çəkən biri-birindən əhəmiyyətli uğurların nəticəsidir ki, Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında mövqeyini möhkəmləndirir, liderliyni qoruyur. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır. Ölkədə aparılan sosial-iqtisadi islahatlar vətəndaşlar tərəfindən təqdirlə qarşılanır.

Bu gün Azərbaycan cəmiyyətinin həmrəylik nümayiş etdirdiyini, ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəklədiyini vurğulayan dövlət başçısı İlham Əliyev bir daha bildirdi ki, siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətləndirilib. Həyata keçirilən siyasət ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bu siyasətin nəticəsində Azərbaycan hərbi-siyasi yolla Ermənistanın işğalçılıq siyasətinə son qoydu, əzəli torpaqlarımızı azad, tarixi ədaləti, milli qüruru bərpa etdi.

Işğaldan  azad edilmiş ərazilərimizdə, ümumilikdə bütün regionlarda görülən işlərin təhlili fonunda diqqəti cənab İlham Əliyevin görüşdə səsləndirdiyi bu çağırışa yönəltmək istərdim: Dövlət başçısı bildirdi ki, “rayonlarda işlərin daha yaxşı getməsi üçün əlbəttə ki, ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi rayon rəhbərliyinin işinə kömək olar. İnsanlarla bir yerdə olmaq, onların qayğıları ilə maraqlanmaq hər bir məmurun qarşısında dayanan əsas vəzifədir”.

Azərbaycanda islahatlar prosesi dövrün tələbinə uyğun olaraq daha da təkmilləşdirilir. Kadr islahatları həyata keçirilir. İdarəçilik sistemində yeniləşmə, təkmilləşmə hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa imkanlar yaradır. Azərbaycanın innovasiyalar ölkəsi kimi nüfuz qazanması təsadüfi deyil. Hazırda işğaldan azad edilmiş ərazilərimizin müasir tələblər səviyyəsində qurulması ümumilikdə bütün bölgələrimizdə görülən işlər barədə aydın təsəvvür yaradır. Azərbaycan sürətlə inkişaf edir. Dövlət başçısı cənab İlham Əliyev bir daha xəbərdarlıq etdi ki, “hansısa dövlət məmuru əgər öz vəzifə borcunu şərəflə yerinə yetirmirsə, əlbəttə ki, o, cəzalandırılacaq”.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru- KÖNÜL RƏHİMOVA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki