Azərbaycan beynəlxalq münasibətlər sistemində bərabərhüquqlu əməkdaşlığı təbliğ edir.
Azərbaycan dövləti xarici siyasətdə bloklara qoşulmama, bütün dövlətlərlə,əsasəndə qonşularla bərabərhüquqlu və ikitərəfli əməkdaşlığın qurulmasına hər zaman önəm vermişdir. Bu siyasi xətt ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xetdirki bu gündə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Zaman göstərdi ki, müasir dünyamızda bu formatlı, balanslaşdırılmış xarici siyasət ən uğurlu siyasətdir. Son illər Azərbaycan diplomatiyası qarşısına qoyduğu bütün məsələləri çox uğurla həll etmişdir. Əgər müasir dövrümüzdə dünyada gedən siyasi prosesləri dərindən analiz etsək görərik ki, bəzi dövlətlər öz xarici siyasətlərini hansısa hegemon dövlətlərin diktəsi altında və yaxud hansısa siyasi-hərbi blokların maraqlarına uyğun formalaşdırırlar. Bu çox yanlış və deyərdim ki, hətta həmin dövlətlərin öz suverenlikləri üçün birbaşa təhlükəli siyasətdir. Bu baxımdan Azərbaycan dövlətinin apardığı xarici siyasətdə son dövrlər əldə edilən uğurlara nəzər salsaq bir daha yuxarda qeyd olunan fikirlərin doğruluğunu təsdiq etmiş olarıq. Azərbaycan dövlətinin Avropa birliyi ölkələri,qardaş Türkiyə dövləti və Rusiya ilə yeritdiyi ikitərəfli , bərabərhüquqlu münasibətlərin inkişaf etdirilməsinə hesablanmış siyasət son dövrlər öz bəhrəsini verir. Beləki, Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi, Rusiya ilə imzalanan mütəffiqlik müqaviləsi belə uğurlar silsiləsinə aiddir. Rusiya ilə Azərbaycanın əlaqələri tarixi çox qədimdir. Bu əlaqələr hələ orta əsrlərdən mövcud idi. Sonrakı dövrlərdə uzun müddət bir dövlətin tərkibində olmamız xalqlarımız arasında siyasi,iqtisadi və mədəni əlaqələrin qurulub möhkəmlənməsinə səbəb olmuşdur . Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə də bu əlaqələr inkişaf etmişdir. Rusiya dünyanın super güclərindən biri kimi eyni zamanda qonşu dövlət kimi Azərbaycan dövlətinin xarici siyasətində müstəsna əhəmiyyətə malikdir. Bu dövlətlə hər zaman balanslı və eyni zamanda bərabərhüquqlu münasibətlərin qorunub inkişaf etdirilməsi bu zamana qədər Azərbaycan diplomatiyasının qarşısında duran ən ümdə məsələ idi və hesab edirəmki dövlətimiz bu məsələni uğurla həll etmişdir. İki dövlət arasında imzalanan 22 fevral Moskva müqaviləsi münasibətlərimizin daha yüksək səviyyəyə qalxması deməkdir. Bu müqavilənin imzalanmasının ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə təsadüf etməsi də əlamətdar hadisədir. Beləki bu vaxta qədər iki dövlət arasındakı münasibətlər yalnız bərabərhüquqlu mehriban qonşuluq prinsiplərinə əsaslanırdısa, bu müqavilənin imzalanmasından sonra münasibətlərimiz mütəffiqlik səviyyəsinə yüksələcək ki, buda Azərbaycan üçün beynəlxalq səviyyədə yeni imkanlar deməkdir. Fikirlərimi yekunlaşdıraraq bir daha yuxarıda göstərdiyim məsələyə qayıdaraq qeyd etmək istəyirəm ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi bu gündə prezidentimiz cənab İlham Əliyevin uğurla həyata keçirdiyi Azərbaycanın xarici siyasət kursu ən düzgün,ən uğurlu siyasətdir. Bizimdə xalq olaraq,vətəndaş olaraq bu siyasəti hər zaman dəstəkləməyimiz vacib və mən deyərdim ki , millətimiz,dövlətimiz naminə həyatı əhəmiyyətə malik məsələdir.
Vüsal Məmmədov
Saatlı rayon Sarıcalar kənd tam orta məktəbin müəllimi

























