image-qanunla-reklam
image-bakubuildings_40

Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb

image-lady-day-az

Azərbaycan Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırıb.

Azərbaycanla Avropa arasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələr uzun illərdir davam edir. Avropa ilə əməkdaşlıq, ona inteqrasiya Azərbaycan dövlətinin təməl prinsiplərindəndir. Bu baxımdan, Azərbaycanla Avropa ölkələri arasında iqtisadi, ticari, mədəni, siyasi və sosial əlaqələr davam etməkdədir. Azərbaycan müstəqilliyini bərpa elan etdiyi vaxtdan bəri bir sıra sahələrdə, xüsusilə enerjidaşıyıcları məsələsində müxtəlif ölkələrlə əməkdaşlığını genişləndirir.

Cənab Prezident İlham Əliyev 9 mart tarixində “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında önəmli məsələlərə toxunaraq ölkəmizin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu bir daha sübut etdi.  Cənab Prezident çıxışında Azərbaycanın Avropaya öz təbii qaz təchizatını və ümumi qaz ixracını xeyli artırdığını vurğulayaraq qeyd etdi ki, Əgər biz 2019-cu ildə ümumən 19 milyard kubmetr qaz ixrac etmişdiksə, bu il o, 24 milyard kubmetrdən artıq olacaq və onun ən azı yarısı Avropaya nəql ediləcək.

Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa dair bəzi razılaşmalara nəzər yetirək. Azərbaycan Respublikası müstəqilliyini qazandıqdan sonra 1991-ci ildən Aİ ölkə iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olub. Bu müddət ərzində İttifaqla münasibətlər “MDB ölkələrinə texniki yardım” (TACIS), “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRACECA), “Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE), “Humanitar yardım” (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilib.

Azərbaycanla Aİ arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerjidaşıyıcları istiqamətində əməkdaşlıq və danışıqların davamlı aparılması təşkil edir.

Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki