image-qanunla-reklam
image-335428558_151794637792137_406716135131250602_n

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

image-lady-day-az

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır

Azərbaycanla Avropa ölkələri arasında enerji əməkdaşlığı uzun tarixi əhatə edir. Əvvəllər neft və neft məhsullarının təchizatı ilə məhdudlaşan bu əməkdaşlığa son illərdə qoca qitəyə  “mavi yanacaq” tədarükü də əlavə olunub. Beləliklə, Azərbaycanla Avropa İttifaqı arasında enerji əməkdaşlığı çoxvektorlu səciyyə daşıyır. Bu gün qaz təhdidləri ilə üzləşən Avropanın öz nəzərlərini Azərbaycana dikməsi heç də təsadüfi deyildir. Respublikamız ehtiyatları 1,2 trilyon kubmetr “mavi yanacaq” həcmində dəyərləndirilən “Şahdəniz” yatağının və 2020-ci ilin son günlərində bütünlüklə istismara verilən Cənub Qaz Dəhlizinin sayəsində Avropa üçün diversifikasiya edilmiş marşruta malik yeni mənbə qismində çxış edir. Çox haqlı olaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə yaradılan Cənub Qaz Dəhlizi qoca qitənin “mavi yanacaq” təchizatında keyfiyyətcə yeni bir mərhələnin başlanması kimi dəyərləndirilir. Azərbaycan özünü proqnozlaşdırılan və etibar edilən tərəfdaş kimi təsdiqləyib. Avropa ilə enerji əməkdaşlığı tarixində müqavilə öhdəliklərinin respublikamız tərəfindən bir dəfə də olsun pozulması halı baş verməyib. Buna görə də bütün Avropa məkanında ölkəmizə böyük hörmət və etimad formalaşıb. Prezident cənab İlham Əliyev bu yaxınlarda – bir ildən az vaxt bundan əvvəl Azərbaycanın Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırıldığını xatırlayıb.  “Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə biz bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edirik”, – deyə Azərbaycan Prezidenti bildirib.

Prezident cənab İlham Əliyev görüşdə qaz tədarükünün artırılması ilə bağlı 10-dan çox Avropa ölkəsindən Azərbaycana müraciət olunduğunu diqqətə çatdırıb. Bu, böyük etimaddır. Öz növbəsində Azərbaycan tərəfdaşlarının ehtiyaclarını qarşılamaq üçün hər şeyi edir. Hazırda respublikamızın Avropa İttifaqı məkanında qaz təchizatının  kifayət qədər şaxələndirilmiş coğrafiyası var. Artan təchizat həcmləri Cənub Qaz Dəhlizinin genişləndirilməsi zərurətini gündəmə gətirib. Hazırda kəmər imkanlarının genişləndirməsi planlaşdırılır. Dövlətimizin başçısı 16 milyard kubmetr tutumu olan TANAP-ın 32 milyard kubmetrədək, 10 milyard kubmetr tutumu olan TAP-ın isə 20 milyard kubmetrədək genişləndirilməsinin nəzərdə tutulduğunu vurğulayaraq bildirib: “Bu, əsasən Avropadan tələbatın artması ilə əlaqədardır, çünki təsəvvür edə bilərsiniz ki, 3500 kilometr uzunluğu olan, 3 kəmər sistemini birləşdirən, 2021-ci il yanvarın 1-də istismara verilmiş kəmərin indi genişlənməyə ehtiyacı var”. Beləliklə yaxın dövrdə Azərbaycan Avropanın əsas enerji təchizaçısına çevriləcəkdir.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki