image-qanunla-reklam
image-masin-avtomobil

Avtomobil bazarında son vəziyyət — Bahalaşma gedir?

image-lady-day-az

Avtomobil bazarında durğunluq yaşanır.

Qanunla.az-a avtomobil satışı il məşğul olan Bəhruz Bayramov deyib.

Onun sözlərinə görə, yay mövsümündə durğunluq olmasına baxmayaraq bəzi avtomobillərin qiyməti bahalaşıb. Bahalaşma əsasən xaricdən gətirilən ili təzə olan avtomobillərdədir.

Səbəb kimi isə xaricdən gələn avtomobillərin daşınma xərclərinin artması və 2013-cü ilə qədər olan avtomobillərin ölkəmizə buraxılmamasıdır.

Məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər bildirib ki, istehsal ili 2013-cü ildən aşağı olan avtomobillərin ölkəyə buraxılmaması qərarı qüvvəyə minəndən sonra ölkədə köhnə avtomobillərin qiyməti 10% bahalaşdı.

“Hazırda bazar vəziyyəti özü tənzimləyir. Qiymətlər sabitləşib. Hazırda avtomobil bazarında durğunluqdur. Bu ənənəvi olaraq hər mövsümdə təkrarlanır. Payıza qədər “ikinci əl” avtomobillərin qiymətində bahalaşmanın olması gözlənilmir. Bahalaşmanın iyul, avqust aylarında yeni avtomobillərdə olacağı gözlənilir. Bahalaşmanın 3% olacağı proqnozlaşdırılır”, – deyə o, qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki