image-qanunla-reklam
image-1679086938_6414d2cc1d5326414d2cc1d5331679086284f6daed33325a06efecbf696a007e04fe

“Avropa Parlamentinin Ermənistanla bağlı hesabatı əsassızdır” – Türkiyə XİN

image-lady-day-az

Türkiyə Xarici İşlər Nazirliyi Avropa Parlamentinin qondarma “erməni soyqırımı”na dair bəyanatına cavab verib.

“Qanunla.az” xəbər verir ki,  XİN bununla bağlı bəyanat yayıb.

“Görünür ki, Avropa Parlamenti 15 mart 2023-cü il tarixli “Aİ-Ermənistan münasibətləri” adlı hesabatında ölkəmiz və 1915-ci il hadisələri ilə bağlı əsassız iddialara yer verməkdə israrlıdır. Tarixi faktlarla, beynəlxalq hüquq normaları ilə bir araya sığmayan bu fikirlər reallığı əks etdirmir”, – deyə nazirlik vurğulayıb.

Qeyd olunub ki, Türkiyə Avropa Parlamentini bu cür birtərəfli və əsassız iddiaları təkrarlamaq yerinə siyasi əxlaqa və beynəlxalq hüquqa uyğun hərəkət etməyə dəvət edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki