image-qanunla-reklam
image-ilham_aliyev_viktor_orban_metbuat_300123_7

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır

image-lady-day-az

Avropa Komissiyası Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra biz qaz təchizatı və ya onun artırılması ilə bağlı 10-dan artıq Avropa ölkəsindən müraciət almışıq və onun üzərində işləyirik

Avropa Komissiyasının rəhbərliyi Azərbaycanı etibarlı tərəfdaş adlandırır. Azərbaycan iqtisadiyyatda yüksək artıma, habelə sabit siyasi sistemə malik, sürətlə
inkişaf edən gənc demokratik ölkədir. Azərbaycan öz milli maraqlarının gerçəkləşdirilməsi, habelə, regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün özünün iqtisadi və siyasi imkanlarından məharətlə istifadə edir. Respublikamız zəngin neft-qaz resurslarına malik ölkədir və dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri böyükdür. Bütün bu uğurların təməlində dahi şəxsiyyət Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. “Əsrin
müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi və ölkəmizin iqtisadi, siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı.
Tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz, həmçinin elektrik enerjisi
ixracatçısı kimi beynəlxalq aləmdə nüfuzu gündən-günə artmaqdadır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni enerji layihələrinin planlaşdırılmasına yol açır. Azərbaycanın ikitərəfli əməkdaşlıq əlaqələri, münasibətlər strateji tərəfdaşlıqdan etibarlı tərəfdaşa doğru inkişaf edir. Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırındaCənub Qaz Dəhlizinin sonuncu seqmentinin – TAP-ın işə düşməsi ilə başlayıb. Bu, çox müasir enerji infrastrukturudur, uzunluğu 3500 kilometrdir və artıq iki ildir ki, Azərbaycan Avropa İttifaqı məkanına öz təbii qaz resurslarını çatdırır.Çoxşaxəli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başaçatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə – Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya iştirak edir. Sonrakı mərhələdə üç Balkan ölkəsinin- Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir.
2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan
Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Azərbaycanla bu qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. Günümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Avropa Komissiyası ilə imzalanmış busənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağıplanlaşdırır. Bunun üçün resurslar da var, siyasi iradə də var və tərəfdaşlarımızla təmaslar da var. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarınıimkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Ehtiram Osmanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki