image-qanunla-reklam
image-238528

Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlığa dair sənəd Azərbaycanla əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır

image-lady-day-az
Avropa İttifaqı ilə enerji sahəsində tərəfdaşlığa dair sənəd Azərbaycanla əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması hər iki tərəf üçün vacibdir. Anlaşma Memorandumunun imzalanması əməkdaşlığın yeni mərhələsi üçün güclü zəmin yaradır.

Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilk növbədə Azərbaycan üçün çox vacibdir. Azərbaycanın bu təklifi qəbul etməsi, ona yeni siyasi güc verəcək. Həmçinin, Azərbaycanın bütün Avropa ölkələri ilə danışıqlarına təkan verəcək və daha çox mübadilələrə yol açacaqdır. Bütün bunlar Azərbaycan üçün yeni daha güclü imic yaradacaqdır.

Azərbaycan və Avropa İttifaqı arasında imzalanan enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu tərəflər arasında yeni əməkdaşlıq mərhələsinin əsasını qoydu. Anlaşma Memorandumunun imzalanması gələcəkdə yeni qaz kəmərinin tikintisinə sövq edə bilər. Ermənistan rəhbərliyi daha müdrik olarsa, bu yeni qaz kəməri Ermənistandan keçə bilər ki, bu da ona böyük iqtisadi imkanlar, eləcə də sülhə güclü zəmin yarada bilər. İki gün əvvəl Fransadakı erməni diasporasının rəhbərlərindən birinə Ermənistana daxil olmağa icazə verilmədi. Çünki o, çox ekstremistdir. Bu Ermənistanın sülh istəyini əks etdirir. Hər iki ölkədə sülh istəyi var. Aydındır ki, yaxşı maliyyə mənbəyi Ermənistan hakimiyyətində özünə əminlik yaradacaq və sülh danışıqları daha ciddi təməl üzərində qurula bilər.

Azərbaycanla imzalanan Anlaşma Memorandumu Avropa İttifaqının enerji təhlükəsizliyini şaxələndirir. Avropa Azərbaycanın ən vacib müştərilərindən olmaq istəyir. Qarşıdan gələn illərdə təbii qaz təchizatının həcmini iki dəfə çoxaltmaq nəzərdə tutulur. Bu sənədin imzalanması Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başlanğıcıdır.

 

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki