image-qanunla-reklam
image-58375ffbaa679661f651e02e4cdd15d3

Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir

image-lady-day-az

Avropa İttifaqı ilə əməkdaşlıq artım dinamika ilə inkişaf edir

Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının dinamik inkişafı, strateji tərəfdaşlıq yöndə əldə edilən uğurlar ölkəmizin xarici siyasətində xüsusi yer tutan bu mühüm prioritet istiqamətə xüsusi önəm verilməsinin məntiqi nəticəsidir. Respublikamız ilə Avropa İttifaqı arasında əlaqələr enerji, investisiya, ticarət və s. sahələrdə yüksək səviyyədə inkişaf edib, bu beynəlxalq təşkilat Azərbaycanın əsas ticarət tərəfdaşlarından birinə çevrilib. Respublikamız Avropa bazarlarına xam neft nəqlini həyata keçirən etibarlı təchizatçı kimi tanınıb və yaxın zamanda ölkəmizin Avropa İttifaqına üzv dövlətləri təbii qazla da təchizatşısına çevrilir. Azərbaycanda Avropa İttifaqı ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Bu nüfuzlu təşkilatın region dövlətləri arasında Azərbaycan ilə əlaqələrin möhkəmlənməsinə xüsusi önəm verməsi təsadüfi deyil. Çünki strateji tərəfdaşlığa dair imzalanan sənədlər əsasında müəyyən əhəmiyyət daşıyan layihələrin uğurla reallaşdırılması respublikamızın etibarlı tərəfdaş olduğunu təsdiqləyib.

Qlobal güc mərkəzi olan Avropa İttifaqı hazırda Azərbaycanın ən vacib tərəfdaşlarından biridir. Bu quruma üzv dövlətlərin üçdəbir hissəsi ilə Azərbaycan Strateji Tərəfdaşlıq adlanan sənədləri və bəyannamələri imzalayıb. Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək üçün  mühüm addımlar atan respublikamız Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bütün bunlar deməyə əsas verir ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq etibarlı əsaslar üzərində qurulub.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki