image-qanunla-reklam
image-media-238528-mx72gtpqzo0lrsi43b85

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

image-lady-day-az

Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var

Bu gün ölkəmizin artan inkişaf tempi, iqdisadiyyatımızın güclənməsi, ictimai-siyasi sabitliyin qorunub saxlanılması Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş olaraq mövqeyini getdikcə gücləndirir. Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli maraqlarımıza xidmət edən balanslaşdırılmış uğurlu xarici siyasət ikitərəfli və çoxtərəfli əlaqələri genişləndirməyə əlverişli zəmin yaradır. Bu siyasət sayəsində ölkəmizin çoxaspektli fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndilir və həmin amil Azərbaycanın bundan sonra da nüfuzlu beynəlxalq qurumlarla əlaqələrinin daha da inkişaf edəcəyinə olan inamı artırır.  Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır. Ölkəmizin regiondakı tranzit mövqeyi, Avropa və Asiyanın quru və hava nəqliyyatı yollarının kəsişməsində yerləşməsi, eləcə də Avrasiyanın nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici edən faktorlardır. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin, diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu qurum Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində böyük rol oynayır. Ümumiyyətlə, Avropa İttifaqı ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, mühüm əhəmiyyət kəsb edən sənədlərin imzalanması, birgə layihələrin icra olunması onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və uğurla inkişaf edəcək.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi Ələkbər Kərimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki