image-qanunla-reklam
image-1654352180-qetl

Arvadını və 30 yaşlı oğlanı öldürdü – Tərtərdə dəhşətli qətl

image-lady-day-az

Fevralın 19-u saat 09:40 radələrində Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.

Tərtər rayon prokurorluğundan Qanunla.Az-a verilən məlumata görə, rayon prokurorluğu və rayon polis şəbəsinin əməkdaşları tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki