image-qanunla-reklam
image-yevlax1

Arvadını öldürdü, qonşusunu yaraladı

image-lady-day-az

Yevlax sakini həyat yoldaşını və qonşusunu güllələyib.

Qanunla.az xəbər verir ki, bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.

Məlumata görə, hadisə rayonun Hacışelli kəndində baş verib. Kənd sakini, 1975-ci il təvəllüdlü Mehdi Atakişi oğlu Qarayev həyat yoldaşı, 1977-ci il təvəllüdlü Elnarə Qafar qızı Qarayevanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Mehdi Qarayev daha sonra qonşusu, 1959-cu il təvəllüdlü İldırım Zirəddin oğlu Qarayevə də atəş açaraq onu yaralayıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən M.Qarayev saxlanılıb.

Faktla bağlı Yevlax şəhər Prokurorluğunda cinayət işi açılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki