image-qanunla-reklam
image-1595332195_405325_3kkrvbhvfk-1

“Araiklərin, rubenlərin sonu çatdı: Bayrağımız Xankəndidə dalğalanmalıdır” – Elnur Allahverdiyev

image-lady-day-az

“Hər birimiz bilirdik və əmin idik ki, Ermənistanla sərhədin Laçın hissəsində sərhəd-keçid məntəqəmiz qurulacaq. Hər bir dövlətin bütün sərhədləri qorunmalıdır, onun ərazisinə kənar şəxslərin qanunsuz daxil olmalarının qarşısı alınmalıdır. O cümlədən, heç bir dövlət ərazisində yerli hakimiyyəti, konstitusiyanı, qanunları tanımayan ünsürlərin mövcudluğunu qəbul etməz”.

Bu fikirləri Faktmedia.az-a deputat Elnur Allahverdiyev deyib. Deputat bildirib ki, dünya birliyinin üzvü, beynəlxalq hüquq və prinsiplərə ciddi riayət edən Azərbaycan da həmçinin. Odur ki, Laçında qurulan sərhəd-keçid məntəqəsi bölgədə sabitliyə xidmət edəcək, ölkəmizin ərazisinə qanunsuz silah-sürsat, mina daşınmasının qarşısını alacaq:

“Ermənistanın Azərbaycan ərazisində saxladığı hərbi birləşmələrini torpaqlarımızdan çıxarmasına səbəb olacaq. Bu, Xankəndi və ətraf yaşayış məntəqələrində yaşayan ermənilərin də bir qrup separatçı və terrorçunun girovluğundan qurtulmasını tezləşdirəcək və onların Azərbaycanın hüquqi məkanına daxil olma prosesini sürətləndirəcək. Təbii ki, buna ancaq Azərbaycana və onun vətəndaşlarına qarşı cinayət əməllərində iştirak etməyən ermənilər müvəffəq ola biləcəklər. Odur ki, araiklərin, rubenlərin, artakların sonu çatdı. Heç kim onların hay-küyünə, ağlaşmasına əlac olası deyil. Heç buna cəhd edən də olmayacaq. Bəyəm Fransanın sərhədlərindən kim istədi gəlib keçir, hələ bir özü ilə mina, silah-sürsat da gətirir?
Ermənistanın rəsmi dairələrinin prosesə hansısa müdaxilə imkanı və gücü yoxdur”.

Millət vəkili əlavə edib ki, Azərbaycan rəhbərliyi başda cənab Prezident İlham Əliyev olmaqla iki il yarım müddətdir ki, humanizm prisnsiplərindən çıxış edərək sərt tədbirlərə əl atmırdı:

“Bütün dünya gördü ki, qalib Azərbaycan Ermənistana sülh əlini uzatsa da, nə İrəvanda, nə də Xankəndidə bunu anlamadılar. Bu azmış kimi, torpaqlarımıza yeni minalar düzdülər, təxribatlar törətdilər, yekun sülh müqaviləsindən qaçdılar. İndi isə başqa vəziyyətdir. Azərbaycanın qanunlarını qəbul etməli, hüquqi məkana reinteqrasiya olunmalıdırlar. Bayrağımız Xankəndidə dalğalanmalıdır və dalğalanacaq. Dövlətimizi qəbul edənlər qalıb yaşayacaqlar, tanımayanların gedəsi yeri çoxdur, gedə bilərlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki