image-qanunla-reklam
image-1646917922-21_03_18_1616050107

Anası və bacısını öldürən şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu

image-lady-day-az

Beynəlxalq axtarışa verilən Murad Niftizadə Rusiyadan Azərbaycana ekstradisiya edilib.

Bu barədə Qanunla.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu Rayon Prokurorluğunda istintaq olunan cinayət işi üzrə M.Niftizadənin 2019-cu il dekabrın 13-də Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli binada anası Fatma Həmzəyeva və bacısı Elgün Niftizadəni qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan olunub.

M.Niftizadə Rusiya ərazisində müəyyən edilərək 2021-ci il oktyabrın 17-də həbs olunub, 2022-ci il martın 10-da Azərbaycana gətirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki