image-qanunla-reklam
image-1688557264_16827700663627548378

ANAMA əməkdaşları Füzulidə qəzaya düşdü — Yaralılar var

image-lady-day-az

Füzuli rayonunda ANAMA əməkdaşları yol qəzasına düşüb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən Qanunla.az-a bildirilib ki, 2023-cü il 05 iyul tarixində Füzuli rayonunun Kurdmahmudlu kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində Agentliyin əməkdaşları Məhərrəmov Orxan, Hacıyev Ceyhun, Aslanov Afiq və Əhmədov Elnur xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə iş saatından sonra, əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki