image-qanunla-reklam
image-1655183740_621f63d136dd1621f63d136dd21646224337621f63d136dcf621f63d136dd0

Aİ üç Rusiya bankını SWIFT-dən ayırır

image-lady-day-az

Bu gündən etibarən Avropa İttifaqı Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı altıncı sanksiyalar paketi çərçivəsində Rusiyanın ən böyük bankı olan “Sberbankı”, həmçinin “Rosselxozbank” və “Moskva Kredit Bankı”nı SWIFT banklararası sistemdən ayırır.

Qanunla.az xəbər verir ki, sanksiyalar mayın sonunda Avropa liderləri arasında uzun və gərgin məsləhətləşmələrdən sonra razılaşdırılıb. Bir neçə gündən sonra məhdudiyyətlərin əksəriyyəti qüvvəyə minib.

BBC-nin məlumatına görə, bankların nümayəndələri hələ də SWIFT-dən ayrılmanın onların işinə o qədər də təsir etməyəcəyini deyirlər.

Xatırladaq ki, Avropa İttifaqı artıq Rusiyaya qarşı yeddinci sanksiyalar paketi üzərində işə başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki