image-qanunla-reklam
image-img_20211217_153626

Adəm Məmmədov növbəti dəfə ağır cinayətdə ittiham edilən bir şəxsə bəraət verilməsinə nail olub

image-lady-day-az

Peşəkar vəkil Adəm Məmmədov növbəti dəfə ağır cinayətdə ittiham edilən bir şəxsə bəraət verilməsinə nail olub.

Bu barədə vəkil Qanunla.Az-a açıqlamasında bildirib.

Bu gün müdafiə etdiyim xüsusilə ağır cinayətdə ittiham edilən (adam oğurluğu) bir şəxsə bəraət verilməsinə nail olduğum üçün məmnunam. Maraqlı olduğu üçün qısa da olsa paylaşıram. Demək ki, kasıbın, yetimin və fagırın birini belə xüsusilə ağır cinayətdə ittiham edib 2 il 4 ay həbsxana həyatı yaşadan insafsızların qeyri-peşakarlığına sayəmizdə və ədalətli hakim Zeynal Ağayevin vicdanlı duruşu ilə bu haqsızlığa son qoyuldu.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş xüsusilə ağır cinayəti törətməkdə təqsirləndirilən, 2 il 04 aydır ki qanunsuz olaraq istintaq təcridxanasında saxlanılan, dövlət ittihamçısı tərəfindən barəsində 12 il müddətində azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi tələb olunan, uşaq yaşlarında hər iki valideynini itirən, nənəsinin himayəsində böyümüş Əliyev Emin Əbülfəz oğluna bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Zeynal Ağayev tərəfindən bəraət verilmişdir.
İttihama əsasən guya Əliyev Emin Əbülfəz oğlu digər təqsirləndirilən şəxslərlə 23 noyabr 2002-ci il təvəllüdlü Qarayev Elşən Yasin oğlu barəsində adam oğurluğu cinayəti törətmək barədə razılığa gəlmiş, Əliyev Emin Əbülfəz oğlu digərləri ilə birlikdə Elşən Qarayevi hüquqlarını müdafiə etdiyim şəxsin bibisi Əliyeva Tahirə Hümbət qızına məxsus, həmin vaxt yaşayış olmayan Göygöl şəhəri, Ordubadi küçəsi 11 ünvanında yerləşən mənzilə aparmış, “pəncərəsi dəmir barmaqlıqlarla bağlı olan” evin qapısını bağlayıb iradəsinə zidd şəkildə 12 may 2018-ci il tarixədək orada saxlamaqla zərərçəkmiş şəxs Elşən Qarayevə fiziki və mənəvi zərər yetirərək adam oğurluğu cinayətini törətmişdir.
Atasına məxsus külli miqdarda pulu dəfələrlə oğurlamış bir şəxsin evdən qaçdıqdan sonra “ata qəzəbindən” qurtulmaq məqsədi ilə hüquqlarını müdafiə etdiyim şəxs barəsində xüsusilə ağır cinayət törətdiyinə dair bilə-bilə yalan xəbərçilik etdiyi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmışdır.
Belə ki, hüquqlarını müdafiə etdiyim şəxsə ibtidai istintaq orqanı tərəfindən zərərçəkmiş şəxsin evlərindən pul oğurladığını gizlətmək üçün verdiyi qeyri-səmimi, yalan-yalnış ifadələrə əsasən ittiham elan edilmişdir. Zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrindən də müəyyən edilmişdir ki, o dəfələrlə müxtəlif tarixlərdə evlərindən pul oğurlamış, hətta 2016-cı ildə oğurladığı pulla özünə avtomobil almışdır. Atasına məxsus evdən külli miqdarda pul oğurladıqdan sonra Bakı şəhərinə getmiş, bir müddət kirayədə yaşamış, playstationa getmiş, qoluna nakolka vurdurmuş, hətta məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, “oğurlandığı” ərəfədə sevgilisinin ad günündə iştirak etmək üçün Bakı şəhərindən Gəncə şəhərinə getmiş, ona hədiyyələr almışdır. Müdafiə tərəfi olaraq düşünürük ki, belə adam oğurluğu hər kəsə nəsib olmur. Oğurlanmış adam qəbirstanlıqdan xortlamış biri kimi respublikanın hər yerini dayanmadan gəzirmiş. Yəni, “oğurlanan adam”ı uyğun bir yer tapıb oturda bilmirlərmiş ki, adam Bakıdan-Gəncəyə, Gəncədən-Şəkiyə, bir sözlə məmləkətdə bulaşmadığı bulaq başı qoymayıb.
Allah belə gülünc şərdən və bəladan adamı qorusun!


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki