image-qanunla-reklam
image-dollar34

Abşeronda 420 min dollara “kurs” olan şəxs məhkəmə zalından həbs edildi

image-lady-day-az

Abşeron Rayon Məhkəməsində avtomobil qaçırmaqda təqsirləndirilən Nihat Həsənovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Hakim Vaqif Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətmkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, Nihat Həsənov tamah niyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib.

Belə ki, o, zərərçəkmiş Zaur Qayıbova (şərti) 420 000 ABŞ dolları borculu olan Xalid Səmədovdan (şərti) həmin borcun alınıb qaytarılmasını təmin etdirmək üçün polisə 15 000 manat pul verəcəyini yalandan vəd edib. Nihat Həsənov 2021-ci ilin iyun ayında Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, Tofiq İsmayılov küçəsində zərərçəkmiş şəxsdən 15 000 manat pulu alıb. Daha sonra o, verdiyi vədə əməl etməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki