image-qanunla-reklam
image-1667809145_1611227389_0001

Abşeron sakininin bank hesabından pul oğurlandı

image-lady-day-az

Sumqayıtda müştərinin bank hesabından pul oğurlanıb.

Qanunla.az” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 3-də Abşeron rayon sakini F.Əliyevin bank hesabından 1 000 manatını oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş İman İsmayılov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki