image-qanunla-reklam
image-1681116674_image_750x_6433b81280e72

“ABŞ Zelenskiyə casusluq edir” – CNN

image-lady-day-az

ABŞ Ukrayna prezidenti Volodimir Zelenskinin görüşlərini dinləyir.

“Qanunla.az” xəbər verir ki, CNN məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ kəşfiyyatının radio kəşfiyyatından əldə etdiyi hesabatda deyilir ki, Zelenski fevralın sonunda “Rusiyanın Rostov vilayətindəki rus qoşunlarının mövqelərinə zərbələr endirmək üçün dronlardan istifadə etməyi təklif edib”.

CNN yazır ki, bu cür məlumatı ABŞ-ın Ukraynaya uzaqmənzilli raket sistemləri verməklə bağlı ehtiyatlarının olması ilə izah etmək olar.

Vaşinqton qorxur ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edəcək.

Eyni zamanda vurğulanır ki, Ukrayna rəsmiləri amerikalıların bu cür davranışından dərin məyusdurlar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki