image-qanunla-reklam
image-1676837665_1676836327_absazer

“ABŞ və Azərbaycan arasında davamlı əməkdaşlıqda niyyətliyik” – Səfirlik

image-lady-day-az

“ABŞ və Azərbaycan xalqları arasında davamlı əməkdaşlıqda niyyətliyik”.

“Qanunla.az” xəbər verir ki, bu fikir ABŞ-ın Azərbaycandakı Səfirliyinin feysbuk hesabında iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 31 ildönümü münasibətilə paylaşımında yer alıb.

“1992-ci ilin bu günündə ABŞ və Azərbaycan arasında diplomatik əlaqələr qurulub. Keçən ilki ikitərəfli münasibətlərimizin 30-cu ildönümünün qeyd olunmasını bitirərkən biz enerji təhlükəsizliyin təminatı, transmilli təhdidlərlə qarşı mübarizə, ticarət və investisiyalar vasitəsilə rifahı artırmaq, fundamental azadlıqları dəstəkləmək və ABŞ və Azərbaycan xalqları arasında əlaqələrin qurmaq kimi sahələrdə davamlı əməkdaşlıq etməyə niyyətliyik”, – paylaşımda bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki