image-qanunla-reklam
image-1657831042_download-13

ABŞ Rusiyaya qarşı tətbiq edilən bəzi sanksiyaları ləğv etdi

image-lady-day-az

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan bəzilərini ləğv edib.

“Qanunla.az” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Maliyyə Nazirliyi təsdiqləyib. Rusiya ilə kənd təsərrüfatı, energetika, tibb sahələrində, o cümlədən koronavirusla mübarizə, tranzit uçuşlar, eləcə də qeyri-hökumət təşkilatlarının işinə təsir edən əməliyyatlarla bağlı sanksiyalar aradan qaldırılıb.

Bundan başqa ABŞ “Qazprom”un keçmiş törəmə şirkəti “Gazprom Germania GmbH”, eləcə də “Alfa-Bank”ın Qazaxıstandakı törəmə müəssisəsini sanksiyalar siyahısından silib.

Əməliyyatlar “SEFE Securing Energy for Europe GmbH” ilə dekabrın 16-dək aparıla bilər.

Əvvəllər məhdudlaşdırılmış müəssisə ilə müəyyən qarşılıqlı fəaliyyətə icazə verən oxşar lisenziya 2022-ci ilin may ayına qədər etibarlı idi.

Alfa-Bank-ın Qazaxıstandakı törəmə şirkəti – “SC Alfa Bank” da sanksiyalar siyahısından çıxarılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki