image-qanunla-reklam
image-1680209772_5469126

ABŞ İrana təzminat ödəyəcək

image-lady-day-az

Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) ABŞ-ın İrana təzminat ödəməli olduğuna qərar verib. Tehran administrasiyası isə İran Mərkəzi Bankının dondurulmuş təxminən 2 milyard dollarlıq aktivlərinin azad edilməsi tələbini rədd edib.

“Qanunla.az” xəbər verir ki, Məhkəmə, ABŞ-ın İran administrasiyasına qarşı tətbiq etdiyi sanksiyaların iki ölkə arasında 1955-ci ildə imzalanmış “Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Qanunu” müqaviləsini pozduğuna qərar verib. Məhkəmə, tərəflərin razılığa gəlmədiyi təqdirdə İrana təzminat ödənilməsinə qərar verib.

Məhkəmə Tehran administrasiyasının İran Mərkəzi Bankının 2 milyard dollara yaxın dondurulmuş aktivlərinin sərbəst buraxılması tələbini rədd edib. ABŞ rəhbərliyinin etirazını qəbul edən Məhkəmə, iki ölkə arasında imzalanan “Dostluq, İqtisadi Əlaqələr və Konsulluq Hüququ” müqaviləsinin Mərkəzi Banklardakı varlıqları əhatə etmədiyinə qərar verib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki