image-qanunla-reklam
image-usa_army_240315_-1

ABŞ-ın silah satışı rekord həddə çatdı

image-lady-day-az

Ukraynada genişmiqyaslı böhran başlayandan bəri Amerika silahlarının satışı 600% artıb və Avropadan gələn sifarişlərin həcmi 265 milyard dollara çatıb.

Qanunla.Az xəbər verir ki, bunu Müttəfiq Qüvvələrin Avropadakı Ali Baş Komandanı, amerikalı general Kristofer Kavoli deyib.

O vurğulayıb ki, müttəfiqlər üçün müxtəlif silah sistemlərinin uyğunluğunu təmin etməyin ən asan yolu onları ABŞ-dan almaqdır.

“Hazırda 265 milyard dollar dəyərində satış üçün 4000 müraciət var. Avropa ölkələri silah istehsalçısı kimi ABŞ- dan alış-veriş etmək üçün sıraya girirlər “, – Kavoli deyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki