image-qanunla-reklam
image-1689884739_646b716dd069d646b716dd069e1684762989646b716dd0698646b716dd069a

ABŞ F-16-nın Ukraynaya tədarükü üçün mümkün vaxtı açıqladı

image-lady-day-az

ABŞ F-16-nın Ukraynaya tədarükü üçün mümkün vaxtı açıqlayıb.

“Qanunla.az” xəbər verir ki, qırıcıların transferi ilin sonuna qədər başlaya bilər, lakin onların münaqişənin gedişatını dəyişməsi ehtimalı yoxdur.

Bunu Fox News telekanalına müsahibəsində ABŞ Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Daha əvvəl Volodimir Zelenskinin ofisinin rəhbəri Andrey Yermak bildirmişdi ki, Ukrayna ilin sonuna qədər ilk F-16-ları almağa ümid edir. NATO-nun baş katibi Yens Stoltenberq F-16-nın Ukraynaya çatdırılma vaxtını açıqlamayıb, onun sözlərinə görə, bu, pilotların hazırlanmasından və müttəfiqlərin vəziyyəti qiymətləndirməsindən asılı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki