image-qanunla-reklam
image-1655095516-us_police_050422

ABŞ-da gecə klubunda atışma – Ölən və yaralananlar var

image-lady-day-az

ABŞ-ın İndiana ştatında gecə klubunda baş verən atışma nəticəsində 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Qanunla.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Bildirilir ki, Çikaqonun cənub-şərqindəki gecə saat 2 radələrində baş vermiş atışmada biri qadın olmaqla hər iki nəfər xəstəxanaya çatdırıldıqdan sonra orada dünyalarını dəyişiblər. Dörd yaralıdan birinin vəziyyəti ağırdır.

Qurbanların kimliyi və ya atışmaya nəyin səbəb ola biləcəyi barədə məlumat açıqlanmır.

Hazırda şübhəlinin yaxalanması istiqamətində müvafiq hərəkətlər həyata keçirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki