image-qanunla-reklam
image-navalniy

AB Navalnıya görə Rusiyaya sanksiya tətbiq etdi

image-lady-day-az

AB Aleksey Navalnının ölümünə görə Rusiyaya sanksiyalar tətbiq edib.

Qanunla.Az xəbər verir ki, bu barədə AB-dən məlumat verilib.

Məlumata görə, sanksiya siyahısına Rusiya ədliyyə nazirinin müavini Vsevolod Vukolov, Rusiya Ali Məhkəməsi sədrinin birinci müavini Petr Serkov, Rusiya Ali Məhkəməsinin Apellyasiya Şurasının sədri Vladimir Zayçev, Federal Penitensiar Xidmət rəhbərinin birinci müavini Valeri Boyarinev, Moskva Federal Penitensiar Xidmətinin rəhbəri Sergey Moroz, Navalnının cəza çəkdiyi müəssisələrinin rəisləri və müavinləri, habelə onların əməkdaşları, o cümlədən İK-6 cəzaçəkmə müəssisəsinin həkimi daxildir.

Qeyd edək ki, 47 yaşlı Aleksey Navalnı 16 fevralda cəzaçəkmə müəssisəsində qəfildən ölüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki