image-qanunla-reklam
image-astana

AB bu türk ölkəsini Rusiyanın “əlindən” almaq istəyir

image-lady-day-az

Avropa Birliyi bir neçə dövləti öz tərəfinə çəkmək üçün onlarla münasibətləri yaxşılaşdırmağa çalışır.

Qanunla.az xəbər verir ki, bu barədə “Politiko” nəşrində yayılan məqalədə bildirilib.

Nəşr qeyd edib ki, Brüssel – Rusiya-Çin alyansının maraq dairəsində olan dörd ölkəyə – Braziliya, Çili, Nigeriya və Qazaxıstana marağını gizlətmir:

“Bu dörd ölkənin niyə prioritetləri siyahısında olduğunu anlamaq çətin deyil. Braziliya və Çili sərvətlərlə zəngin olan Latın Amerikası dövlətləridir, Nigeriya Qərbi Afrikanın iqtisadi mərkəzidir, Qazaxıstan Mərkəzi Asiyada neft və qaz yataqlarına malikdir. Avropalı məmurlar hesab edir ki, Moskva və Pekinə qarşı Brüsselin təsirini gücləndirmək AB-yə həm resurs problemlərini həll etməyə, həm də qlobal arenada daha müstəqil oyunçu olmağa kömək edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki