image-qanunla-reklam
image-16558038931317752529_1000x669

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür

image-lady-day-az

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.

 

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı Daşkəndə Heydər Əliyev Meydanının açılması, 20-dək sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və Ulu Öndər  Heydər Əliyev haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından tarixi əhəmiyyət daşıdığını göstərir. Cənab Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri çərçivəsində həmkarı Şavkat Mirziyoyevlə məhdud və geniş tərkibdə görüşləri, onların birgə iştirakı ilə 20-yə yaxın sənədin imzalanması, Azərbaycan liderinin bir sıra mərasimlərdə iştirakı və sair kimi məqamlar iki dost ölkə arasında münasibətlərin dünəninə və bu gününə baxış fonunda gələcək barədə aydın təsəvvür yaradır. Gələcəyin əsas hədəfi isə güclü Azərbaycan və güclü Özbəkistandır. Cənab Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı iki xalqın qarşılıqlı münasibətlərinin şanlı tarixinin bu gün çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək üçün möhkəm təməl yaratdığını diqqətə çatdıran Özbəkistan Prezidenti bu xatırlatmanı etdi ki, Prezident İlham Əliyevin budəfəki səfəri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizə birinci rəsmi səfərinin 25 illiyinə təsadüf edir. Bu münasibətlə hər iki Prezident Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışında iştirak etdilər. Bu, Azərbaycan xalqının əbədiyaşar liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın əziz xatirəsinə ehtiram kimi dəyərləndirildi”. 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistana səfər etmiş, bir sıra mühüm sənədlərin imzalanmasına nail olmuşdu. Heç şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev barədə fikirləri qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətin olduğunu nümayiş etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Özbəkistan bir sıra beynəlxalq platformalarda da sıx əməkdaşlıq edirlər. BMT, İƏT, TDT çərçivəsində Özbəkistan hər zaman Azərbaycanın Qarabağla bağlı haqq işini dəstəkləyib. Azərbaycan xalqı bunu hər zaman yüksək qiymətləndirib.

“Azərbaycanla Özbəkistan arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə» özündə bütün məqamları ehtiva edir. Bu sənəddə hər iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub. İqtisadiyyatın ayrı-ayrı sahələri, həmçinin hərbi-texniki sahədə əməkdaşlığın uğurlu inkişafı üçün əlavə addımların atılması nəzərdə tutulub. Onu da qeyd edək ki, bu günədək iki ölkə arasında 135 sənəd imzalanıb. İki ölkə liderləri sənaye və investisiya sahəsində də əlaqələri inkişaf etdirməyi planlaşdırırlar. Eyni zamanda tərəflər nəqliyyat-logistika sahəsində əməkdaşlığın daha da gücləndirilməsini də planlaşdırırlar. “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş”in imzalanması bu məqsədə xidmət edir. Bu gündən Azərbaycanla Özbəkistan hərbi və hərbi-texniki sahədə də əməkdaşlığı inkişaf etdirəcəklər. Hər zaman “Gücümüz birliyimizdədir” söyləyən dövlət başçısı İlham Əliyev bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin, bir ölkənin probleminin digər ölkə tərəfindən öz problemi kimi qəbul edilməsinin vacibliyini vurğulayır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyin, həmrəyliyin təqdimatı oldu.

 

Kəmalə Məmişova

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki