image-qanunla-reklam
image-1655826547354703840_1000x669

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır

image-lady-day-az

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır

Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər.

İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir.

İki dost ölkə arasında münasibətlərin daha möhkəmlənməsi və inkişafında böyük rol oynayan növbəti səfər iyunun 21-də baş tutub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistan Respublikasına dövlət səfərinə gəlib. Səfər zamanı ölkə başçısı Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə məhdud və geniş tərkibdə görüşləri olub, bir sıra tədbirlərdə iştirak edib.

Özbəkistan ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyib. Azərbaycan xalqı ən ağır dövrdə özbək xalqının qardaşlıq dəstəyini hiss edirdi. Bu, da öz növbəsində ölkələrimi arasında münasibətlərin tarixində unudulmaz hadisədir.

Birgə görüşlər zamanı qərara alınıb ki, hər iki dövlət arasında əlaqələr intensivləşməlidir. İqtisadi qarşılıqlı fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə əlaqələrin yaxşı nəticələri olacaqdır. Bu yolla ticari-iqtisadi sahədə ciddi tərəqqiyə nail ola bilərik.

Ölkələrimiz arasında hərbi, hərbi-texniki, habelə hərbi təhsil sahələrində əməkdaşlıq istiqamətində əlavə addımlar atılacaqdır. Dünyadakı beynəlxalq vəziyyət nəzərə alınmaqla hər bir ölkə müdafiə qabiliyyətini möhkəmlətməyə çalışmalıdır. Hərbi sahədə təcrübə mübadiləsi və praktiki qarşılıqlı fəaliyyət həmişəkindən daha vacib olacaqdır.

Həmçinin ənənəvi olaraq kənd təsərrüfatı və texnoparkın inkişafı perspektiv əməkdaşlıq istiqamətlərindən biridir. Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı məsələlərin operativ həllində Özbəkistan yaxından iştirak edib. Özbəkistanın təcrübəsi və dəstəyi ipəkçilik sahəni inkişaf yoluna çıxarmaq üçün addımlar atmağa imkan vermişdir.

Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərin bərpası işlərində döst Özbəkistan dövləti də yaxından iştirak edir. Füzuli şəhərində Özbəkistan hökuməti tərəfindən hədiyyə olaraq orta məktəb inşa olunacaqdır. İşlərə artıq başlanıb və növbəti tədris ilinə qədər məktəbin istifadəyə verilməsi nəzərdə tutulub. Azərbaycan bunu çox yüksək qiymətləndirir. Qardaşlıq münasibəti bizim üçün çox qiymətlidir. Bu məktəb praktiki baxımdan həm də bizim qardaşlığımızın rəmzi olacaqdır.

Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki