image-qanunla-reklam
image-1655672278_default

Ermənistanda atışma 2 ölü, 5 yaralı

image-lady-day-az

Ermənistanın Araqatsotn vilayətində silahlı insident baş verib.

“Qanunla.az” xəbər verir ki, Ermənistanın Araqatsotn rayonunda dava və atışma nəticəsində daha bir nəfər ölüb. Bu barədə shamshyan.com məlumat yayıb.

Müstəntiqlər məhkəmə-tibb eksperti ilə birgə hadisə yerinə baxış keçirərkən Aparan polis şöbəsindən daha bir yaralının öldüyü barədə məlumat daxil olub.

Polis və istintaq şöbəsi ölənlərin və yaralıların şəxsiyyətini müəyyənləşdirir.

Polis və müstəntiqlər hadisə yerində qana bənzər izlər, ayaqqabılar, eynəklər, taxta parçası, işlənmiş patronlar aşkar ediblər.

Qeyd edək ki, saat 20:30 radələrində “Aparan” tibb məntəqəsindən Aparan rayon polis şöbəsinə 7 vətəndaşın müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən güllə yarası ilə gətirildiyi barədə siqnal daxil olub. Xəstəxanada həkimlər polisə və müstəntiqlərə bildiriblər ki, yaralılardan biri özünə gəlmədən dünyasını dəyişib, qalan 6 yaralı isə Ermənistan və Astgik tibb mərkəzlərinə yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo