image-qanunla-reklam
image-8

Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir

image-lady-day-az

Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlər Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir

16 iyun tarixdə Cənab Prezident İlham Əliyevin açılış mərasimində iştirak və çıxış etdiyi “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu bir daha Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizin qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran beynəlxalq mərkəzə çevrildiyini sübut etdi. Bu gün dünya gündəmində yer alan ən mühüm problemlərin araşdırılmasına,təhlükəsizlik məsələlərinin beynəlxalq arenada müzakirəsində belə bir Forumun keçirilməsinin xüsusi əhəmiyyəti var. Azərbaycan bu gün Ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasət nəticəsində beynəlxalq aləmdə daim sülhün tərəfdarı olmaqla ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılması prinsipini daim əsas tutmuş və bu istiqamətdə dünyanın əksər dövlətləri ilə yüksək  səviyyədə əlaqələrin qurulmasına nail olmuşdur. IX Qlobal Bakı Forumu və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər Azərbaycanın bu gün istər regionda istərsədə beynəlxalq aləmdə artan gücünü və beynəlxalq arenada tutduğu yüksək mövqeyi bir daha sübutudur.

 

Əvəz Soltanov

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki