image-qanunla-reklam
image-81591

DAĞLIQ QARABAĞ MÖVCUD DEYİL

image-lady-day-az

DAĞLIQ QARABAĞ MÖVCUD DEYİL

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalması müasir beynəlxalq münasibətlərin ən böyük ədalətsizliklərindən biri idi. İşğala məruz qalan da, işğalçı da gün kimi dünyaya məlum olsa da, beynəlxalq ictimaiyyət, xüsusən Qərb siyasi mərkəzləri və ATƏT-in Minsk qrupu əsl həqiqətləri dilə gətirməkdən hər vəchlə uzaq oldular. Proseslərə ikili standartlar prizmasından baxmaqla, deklorativ bəyanatlar çərçivəsindən çıxmamaqla Ermənistanın işğal siyasətinə dolayısı ilə dəstək verdilər.  30 ilə yaxın danışıqlar dövründə Azərbaycana təzyiqlər də oldu, respublikamızı özünün milli maraqlarının ziddinə olan kompromislərə getməsinə cəhdlər göstərdilər. Lakin Azərbaycan dövlətini öz yolundan döndərmək mümkün deyildi və xalqımız öz torpaqlarının uzun müddət Ermənistanın işğalı altında qalması ilə barışa bilməzdi.Prosesləri düzgün dəyərləndirən Azərbaycan hakimiyyəti sülh danışıqları prosesinə sadiq qalmaqla digər variantları da nəzərdə saxlayırdı və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəyini gizlətmirdi. Vaxtilə Ulu Öndər Heydər Əliyevin yaratdığı Azərbaycan Ordusu ötən illərdə Ali Baş Komandan İlham Əliyevin sayəsində döyüş hazırlığını ən müasir səviyyəyə çatdırıldı.Cənab Prezident İlham Əliyev qlobal səviyyədə Ermənistanın ifşasına nail olmaq üçün uğurlu siyasi-diplomatik fəaliyyət həyata keçirdi, o cümlədən torpaqlarımızın müharibə yolu ilə azad olunmasına xidmət edən beynəlxalq hüquqi zəminin formalaşmasına nail oldu. Beynəlxalq miqyasda qazandığımız uğurlar həm də Ermənistanın siyasi-diplomatik küncə sıxışdırılmasını şərtləndirdi. 2020-ci  il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarından sonra başlanan Vətən müharibəsi xalqımızın ümidlərini alovlandıran hadisə oldu. Cəmi 44 gün ərzində cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı torpaqlarımızı azad etməsi tariximizin yeni qəhrəmanlıq salnaməsi oldu. Cəmi 44 gün ərzində qazanılan tarixi qələbə xalqımızın mübarizliyinin, dönməzliyinin təcəssümünə çevrildi. Bu qələbə ilə Azərbaycan xalqı işğal faktı ilə barışmayacağını döyüş meydanında da sübuta yetirdi. Cənab Prezident İlham Əliyevin xalqımıza müraciətində dediyi kimi, biz bütün dünyaya göstərdik ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı bu ədalətsizliklə heç vaxt barışmaq fikrində deyildi.Azərbaycanın qələbəsi siyasi leksikona dəyişikliklər edib. Artıq “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ münaqişəsi”, “Mərhələli həll”, “Madrid prinsipləri”, “5+2” kimi ifadələr keçmişdə qalıb. Azərbaycanın qələbəsinin yaratdığı yeni reallıqlar “Şərqi Zəngəzur”, “Zəngəzur dəhlizi”, “Üçtərəfli Bəyanat” kimi ifadələri leksikona daxil edib, “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyarıq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı.

 

Xanım  İmanova

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki