image-qanunla-reklam
image-1654924050-62a41a7bb77f262a41a7bb77f3165492185162a41a7bb77f062a41a7bb77f1

ABŞ dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

image-lady-day-az

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid bu il iyunun 14-dən 19-dək Cənubi Qafqaza səfər edəcək.

“Qanunla.az” xəbər verir ki, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ABŞ-ın Cənubi Qafqaz regionunda sülh, demokratiya və firavanlığa sadiqliyini vurğulamaq üçün iyunun 14-19-da Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək.

Qeyd olunub ki, K.Donfrid ABŞ-ın region ölkələrinin suverenliyi və müstəqilliyinə dəstəyini vurğulayacaq, “Azərbaycan, Gürcüstan və Ermənistanın öz yollarını müəyyən etmək hüququnu vurğulayacaq”.

ABŞ Dövlət Departamenti onu da bildirib ki, o, həmçinin Vaşinqtonun bütün regionda siyasi, iqtisadi və şəxsiyyətlərarası əlaqələrin inkişafını dəstəkləməklə Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək etməyə hazır olduğunu vurğulayacaq.

Bildirilib ki, səfər zamanı dövlət katibinin köməkçisi ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsinə yönələn diplomatik səylərinə dəstəyini vurğulayacaq, Ukraynaya humanitar dəstəyə görə Azərbaycana təşəkkür edəcək, və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində, transmilli təhdidlərlə mübarizədə, fundamental azadlıqların qorunmasında və ikitərəfli ticarətin və investisiyaların təşviqində Azərbaycanın tərəfdaşdığını vurğulayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki