image-qanunla-reklam
image-1654163803-14823957863108743345_1000x669

Bakıda Türkiyənin müdafiə sənayesi müşavirliyi açılacaq

image-lady-day-az

Bakıda Türkiyə Müdafiə Sənayesi Komitəsinin müşavirliyi yaradılacaq.

Qanunla.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

Qərara əsasən, Müdafiə sənayesi müşavirliyi Türkiyənin Bakıdakı səfirliyinin nəzdində fəaliyyət göstərəcək. Müşavirliyin səlahiyyət dairəsinə Qazaxıstan, Türkmənistan və Özbəkistan da daxil olacaq.

Müdafiə sənayesi müşavirliyi Azərbaycanla yanaşı daha bir neçə ölkədə də açılacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki