image-qanunla-reklam
image-fuzlitaginti

Türkiyənin Qarabağın bərpasında da səmərəli fəaliyyəti qardaşlığımızın təcəssümüdür

image-lady-day-az

Türkiyənin Qarabağın bərpasında da səmərəli fəaliyyəti qardaşlığımızın təcəssümüdür

Türkiyə və Azərbaycan bütün zamanlarda – sevincli, fərəhli, ağır, çətin günlərdə daim bir-birinin yanında olub. Belə bir tarix 103 il bundan əvvəl, Azərbaycanın erməni faşistlərindən təmizlənməsi məqsədilə Nuru paşanın öz ordusu ilə ölkəmizə gələndə də yaşanıb. Vətən müharibəsi başladığı ilk günlərdən qardaş Türkiyənin haqlı, ədalətli mübarizəmizə mənəvi-siyasi dəstəyi də unudulmayıb. İkinci Qarabağ savaşı başa çatandan sonra da Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gəlməsi, Qarabağda olması bayrama çevrilib, tariximizə qızıl hərflərlə yazılıb.

Bu həmrəylik, bu qardaşlıq bundan sonra da sarsılmaz olacaq və əbədi yaşayacaq. Çünki bu qardaşlıq Vətən müharibəsindən əvvəlki vaxtlarda, Ermənistanın ölkəmizə davamlı təxribatları zamanında, eləcə də İkinci Qarabağ savaşının gedişində də sınaqdan uğurla çıxdı. Fikrimin təsdiqi olaraq, bir məqamı xatırlatmaq istərdim. Ötən il müharibə ərəfəsində Ermənistan Tovuz təxribatı törətmişdi. Bax, o zaman cənab Rəcəb Tayyib Ərdoğan işğalçıya “bu, Ermənistanın boyunu aşan hücumdur”, – deyə xəbərdarlıq etmişdi. Yəni “ağlınızı başınıza yığın, bugünkü Azərbaycan ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil” anlamını bildirmişdi. Çox təəssüf ki, işğalçı Ermənistan bu müdrik dövlət rəhbərinin sözlərini eşitmədi və havadarlarının dəstəyinə arxalanıb Azərbaycana qəfil hücuma keçdi. Bu namərd əməl isə xalqımızın möhtəşəm Zəfəri ilə nəticələndi”.

Vətən müharibəsində acı məğlubiyyətini pərdələməyə cəhd göstərən Ermənistan uduzmağını yalan və böhtanla əsaslandırmağa çalışırdı.

O vaxt dövlətimizin başçısı, həm də Ermənistanın rəhbərinə xitabən bildirmişdi ki, 1990-cı illərin əvvəlində işğalçı tərəfindən Azərbaycan torpaqları ələ keçirildikdə onun arxasında kimin durduğunu xatırlatmaq istəyirəm. Bizim torpaqlarımızı işğal etmək üçün onlara kimlərin kömək göstərdiyinə dair bizdə kifayət qədər sübut var. Buna görə Ermənistan rəhbərinin “Azərbaycana kimsə kömək edir” deməsi tamamilə səhv və yanlış informasiyadır, biz bunu rədd edirik.

Qardaşlıq missiyasını layiqincə yerinə yetirən Türkiyə İkinci Qarabağ müharibəsində olduğu kimi, savaş bitəndən indiyədək daim Azərbaycanın yanında olub, hər zaman ölkəmizə siyasi, diplomatik və mənəvi dəstək göstərib. Bakıda keçirilən möhtəşəm Zəfər paradında da sevincini, fərəhini xalqımızla bölüşüb. Oktyabrın 26-da bu fərəh, sevinc bir daha yaşanıb. Cümhurbaşqanı Füzulidə beynəlxalq aeroportun açılışı mərasimində iştirak edib, Qarabağda bir sıra layihələrin həyata keçirilməsinə xeyir-dua verib. Bütün bunlarla bərabər, dünyaya sülh, əmin-amanlıq, birgə-yaşayış mesajları ünvanlayıb. Zəngəzur dəhlizinin reallaşacağı ilə bu istiqamətdə önəmli addımlar atılacağını diqqətə çatdırıb.

 

Elyurə Məmmədova- Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo