image-qanunla-reklam
image-284328625_5120811738038760_4339893465989795157_n

Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır

image-lady-day-az

Ermənistanla sərhədlərimiz müəyyən olunmalıdır.

Zəngəzur dəhlizinin region ölkələri, türk dünyası üçün əhəmiyyətinin geniş təhlilə ehtiyacı yoxdur. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə, Orta Asiya və Avropa ilə birləşir. Yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Azərbaycan tərəfi daim bildirir ki, əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq, tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirsə, yeni reallıqlarla barışmalıdır. Bu gün işğaldan azad olunmuş kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası planlı şəkildə icra olunur. Görülən işlərin sürəti buranın beynəlxalq nəqliyyat-logistika məkanına çevriləcəyi günün yaxınlaşmasından xəbər verir. Hazırda Qarabağda ikinci böyük hava limanı olan Zəngilan aeroportu inşa olunur. Füzulidəki hava limanından sonra Qarabağda beynəlxalq statuslu ikinci aeroportdur. Daha bir hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur. Dövlət başçımız bu günlərdə Füzuli, Cəbrayıl və Zəngilan rayonlarına səfəri çərçivəsində Ağalı kəndinin sakinləri ilə görüşündə söylədiyi “Ancaq biz tam müstəqilik, heç kimdən asılı deyilik, öz həyatımızı özümüz qururuq” fikirləri ilə bildirib ki, Azərbaycan sabitlik və təhlükəsizlik diyarıdır. Bunu artıq bütün dünya görür və bilir. Müstəqil olmasaydıq erməni işğalına son qoya bilməzdik.

Ermənistanla sərhədlərin müəyyən olunması avtomatik olaraq Ermənistanla revanşist, faşist qüvvələri tərəfindən Azərbaycana qarşı irəli sürən ərazi iddialarına da rəsmən son qoyulması deməkdir. Qarabağ diyarı Azərbaycan ərazisidir və bütün dünya bunu qəbul edir. Ermənistanın acınacaqlı vıziyyəti göz qabağındadır, bu vəziyyət onların işğalçılıq siyasətinin nəticəsidir. Ermənistan bu gün nə hərbi, nə siyasi, nə də iqtisadi cəhətdən hətta orta səviyyəli dövlət sayıla bilməz.

 

Zərdab rayonu  Çallı kənd tam orta məktəbin psixoloqu- Kərimli Eltun


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki