image-qanunla-reklam
image-1639381325_bicaq

7 yaşlı qızının boğazını kəsib, intihar etdi – FOTO

image-lady-day-az

Türkiyənin İstanbul şəhərində  dəhşətli cinayət  hadisəsi qeyd  alınıb. 

Qanunla.Az xəbər verir ki, Həbip Öztürk adlı ata 7 yaşlı qızının boğazı kəsib. Azyaşlı  hadisə  nəticəsində dünyasını  dəyişib. Ata isə intihar edib.

Bildirilir ki,  Həpip həyat yoldaşı ilə boşanma ərəfəsində olub. O, bir müddətdirmiş ki, xaricdə  yaşayırmış. Lakin Öztürk  ötən gün İstanbula gəlib. O, qızını nənəsindən götürərək,  parka aparacağını və  onunla vaxt  keçirmək istədiyini  bildirib.

Gecə saatlarına qədər  övladından xəbər  ala bilməyən ana narahat olub. O, ərinin yaşadığı evə gedib.  Qapının açılmadığını  görən qadın polisə  müraciət  edib. Hadisə  yerinə gələn polis  qrupları  qapını açdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar. Cəsədlər tibbi  ekspertizaya  göndərilib.

Həpip Öztürkün telefonun baxış keçirilib. O, ölümündən bir neçə  saat əvvəl  qızı ilə  foto  paylaşaraq, “Səni  sevirəm, gözəl qızım” sözünü  yazıb.

Faktla bağlı araşdırmalara  başlanılıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki