image-qanunla-reklam
image-hebs

7 yaşlı qızı “Al Market”dən oğurluq etdi, hamilə arvadını boru ilə döyərək öldürdü – 19 il CƏZA

image-lady-day-az

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla öldürməkdə və qızını döyməkdə təqsirləndirilən Vüqar Nəmətovun cinayət işi üzrə məhkəmə istintaq yekunlaşıb.

Qanunla.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd: 2022-ci il ktyabrın 22-i saat 01 radələrində Abşeron rayonu, Saray qəsəbəsi sakini 1995-ci il təvəllüdlü Səidə Nəmətovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun oktyabrın 21-i saat 22 radələrində yaşadıqları evdə 2015-ci il təvəllüdlü qızını döyərkən qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətovaya dəmir materialdan olan boru vasitəsilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüqar Nəmətov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə), 120.2.3, 120.2.4 və 128-ci maddələri ilə ittiham irəli sürülüb.

İttihama görə, hadisədən əvvəl Vüqarın 7 yaşlı qızı “Al Market” mağazasından 37 manat dəyərində müxtəlif şirniyyat məhsulları oğurlayıb. O, 25-26 həftəlik hamilə olan arvadı Səidənin də bundan xəbəri olmasına görə əsəbləşib, qızını cəzalandırmaq məqsədi ilə yaşadıqları evin həyətindən boru parçasını götürüb uşağı döyüb. Səidə ona yaxınlaşaraq qızını döymək üçün istifadə etdiyi dəmir borunu əlindən almasından və onun zorakı əməllərinin qarşısını almaq üçün itələməsindən əsəbləşib. Daha sonra Vüqar dəmir parçası ilə Səidəni döyərək öldürüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki