image-qanunla-reklam
image-6tygbejtxn_038_

Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi

image-lady-day-az

Ulu Öndər Heydər Əliyev üçün Azərbaycan xalqının milli maraqları, milli qüruru və ədalət şəxsi amillərdən üstün idi

Zaman-zaman hər bir xalqın inkişafında və tərəqqisində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlər yetişir. Heç şübhəsiz, Azərbaycan xalqı da, bu baxımdan, tarixi şəxsiyyətlər yetişdirib və bu mənada Ulu öndər Heydər Əliyev xalqımızın yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Məhz xalqımız üçün göstərdiyi misilsiz xidmətlər Heydər Əliyevi Ümummilli lider zirvəsinə yüksəldib. Bu xidmətlərin nəticəsidir ki, hər il 10 may tarixi xalqımız tərəfindən milli bayram səviyyəsində qeyd olunur. Təsadüfi deyil ki, məhz Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərinin əvvəllərindən başlayaraq xalqımızın milli-mənəvi dəyərlərinin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, ana dilimizin rolunun artırılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan ədəbi-bədii nümunələrin hücumlardan qorunması yönündə apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.

Müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısındakı misilsiz xidmətləri Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrini təşkil edir. O, xalqını, dövlətini bütün varlığı ilə sevən, öz mənalı ömrünü xalqına, onun inkişafına həsr edən, dövlətimizin müstəqilliyinin qorunması və əbədiliyinin təmin olunması üçün fədakarcasına çalışan böyük bir dövlət xadimi, əvəzolunmaz lider olmuşdur.

Qırx ilə yaxın bir müddətdə Azərbaycanın taleyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, ulu öndər Heydər Əliyevlə bağlı olub. İlk növbədə, qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi dövrlərdə  Azərbaycanın milli maraqlarını hər zaman uca tutub. Ümummilli lider Heydər Əliyevin müdrik rəhbərliyi, həyata keçirdiyi düşünülmüş, məqsədyönlü tədbirlər hesabına 1969-1982-ci illər Azərbaycanın intibah dövrü kimi tarixə çevrilib.

Zərdab rayon Gəlmə kənd tam orta məktəbinin  müəllimi-Səidə Tağıyeva

 

 

Multikulturalizmin Azərbaycan modeli

Qloballaşan dünyamızda multikulturalizmi inkişaf etdirmədən sülhə, tərəqqiyyə nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə “çox mədəniyyət” deməkdir. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif millətlərin mədəniyyət hüququnu tanıyan humanist dünyagöruşu olan siyasət və bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi tolerantlıqla sıx bağlıdır. Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur. Azərbaycanda multikulturalizmin müasir vəziyyəti dünyanın bir çox inkişaf etmiş ölkələrindən üstündür. Bu, Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri, qonaqpərvərliyi, dini dözümlülüyü, tolerantlığı kimi dəyərlərlə xarakterizə olunur.

Azərbaycanda dövlət siyasətinə çevrilən multikulturalizmin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Hazırda Prezident cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Müstəqil Azərbaycan Respublikasında millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüququn normalarına və zəngin tarixi köklərə əsaslanır və bu səbəbdən də dünya ictimaiyyətinin diqqətini cəlb edir.

Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev ölkəmizdə yaşayan milli azlıqların dilinə, mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə yanaşmış və qayğı göstərmişdir.  Özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir. Ölkəmizdə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır.

Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri yüksək səviyyədədir. Azərbaycanda tarixən mövcud olan milli və dini tolerantlıq ənənələri bu gün dünya ölkələri və beynəlxalq qurumlar tərəfindən də böyük maraqla qarşılanır. Azərbaycan multikulturalizmin, tolerantlığın, birgəyaşayışın təkcə regionda deyil, beynəlxalq arenada da təşviqi ilə məşğul olur. Dünyada multikulturalizm mərkəzlərindən biri kimi tanınan ölkəmizdə sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir çox nüfuzlu beynəlxalq tədbirlər keçirilir və bu, artıq ənənə halını alıb.

Zərdab rayon Salahlı kənd ümumi orta məktəbinin direktor əvəzi-Rəşad İsmayılov

 

 

İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir

Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində müxbirin “Ermənistan-Azərbaycan münasibətlərinə gəldikdə, bilirik ki, atəşkəs mövcuddur, lakin vəziyyət mürəkkəb olaraq qalır. Əvvəlki hadisələrin hamısını nəzərə alaraq, cənab Prezident, Siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar? Əgər olarsa, o, necə olacaq?” sualına cavabında deyib:  “Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, – əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, – həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər”.

Dövlət başçısı qeyd edib ki, Ermənistan tərəfi Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb: “Bu əraziyə Qarabağ və Ermənistan ərazisində olan səkkiz Azərbaycan anklavı da daxildir. Bu, əslində, mühüm bəyanatdır. Bundan sonra qalan yeganə məsələ, bunu kağız üzərinə köçürmək və imzalamaqdır. İkinci Qarabağ müharibəsi bitdikdən sonra, sülh müqaviləsi ilə bağlı mövqeyimiz həmin müqavilənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanmasından ibarətdir. Biz sülh müqaviləsinin əsasını təşkil etməli olan beş beynəlxalq təməl prinsipini hazırladıq. Bir neçə dəfə danışıqlar aparılıb və iyunun sonunda davam etdiriləcək. Fikir ayrılığının yeganə əsas müddəası onunla bağlı idi ki, Ermənistan Qarabağı rəsmən Azərbaycanın hissəsi kimi tanısın. Artıq dediyim kimi, bir – onlar qeyd etməlidir ki, Qarabağ Azərbaycandır və indi isə, onlar ikincini etməlidirlər: imzalamalıdırlar. Bundan sonra razılaşma əldə oluna bilər və düşünürəm ki, əgər ermənilər söylədiklərini yerinə yetirərlərsə və əgər bu, yenidən siyasi manevr deyilsə, prosesi yubatmaq cəhdləri naminə ixtira edilən hekayət deyilsə, onda biz ilin sonuna qədər sülh müqaviləsinə nail olaraq, onu imzalaya bilərik. Bu, həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar, bütün kommunikasiyaları açar”.

MARTİ Zərdab rayon Təhsil şöbəsinin mühasibi- Elza Mürşüdova

 

 

Ulu Öndər bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi

Bu gün inkişafına görə regionun lider dövləti olan Azərbaycan beynəlxalq platformalarda da öz sözünü deyir. Azərbaycan nüfuzlu xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən etibarlı tərəfdaş, lider ölkə kimi qəbul edilir. Heç şübhəsiz, ölkəmizin bu uğurlarının arxasında məhz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi xətt dayanır.

Bu il anadan olmasının 100-cü ildönümünü qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin adı tariximizə müasir Azərbaycanın qurucusu kimi qızıl hərflərlə yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bəyan etdiyi kimi, Heydər Əliyev Azərbaycanın dövlətçiliyini quran, ölkəni inkişaf yoluna yönləndirən, vətəndaş müharibəsinin qarşısını alan, 1990-cı illərin əvvəlində hökm sürən qarışıqlıq və xaos vəziyyətinə son qoyan şəxs idi. O, həmçinin bu gün də rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini müəyyən etdi. Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan xalqı vəziyyətdən xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevdə görürdü və ən çətin vaxtda onu ölkə rəhbərliyinə dəvət etdi. 1993-cü ildə Azərbaycanda hökm sürən təlatümlü vəziyyətdə Heydər Əliyevin respublikaya rəhbərliyi öz üzərinə götürməsi çox cəsur addım idi.

Bu gün rəhbər tutduğumuz daxili və xarici siyasət prioritetlərini Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi Ümummilli Lider, həmçinin Azərbaycanın dövlətçilik ənənələrini yaradıb, ölkəni inkişaf yoluna yönləndirib. Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət ötən 30 il ərzində bizə çoxsaylı uğurlar bəxş edib və həmin siyasət bu gün də Azərbaycanı irəliyə aparır.

“Dövlətimizin başçısı İlham Əliyev Çinin media korporasiyasına müsahibəsində vurğulayıb ki, ötən 30 il ərzində dünya dəyişib, lakin bizim başlıca məqsədlərimiz dəyişməz olaraq qalıb – dövlətçiliyimizin möhkəmləndirilməsi, qabaqlayıcı tədbirlər görməklə milli maraqlarımıza əsaslanan fəal xarici siyasətin yürüdülməsi və Azərbaycanın iqtisadi, siyasi inkişafı. Buraya olduqca fəal regional siyasətin həyata keçirilməsini də əlavə etmək olar. Əlbəttə, müstəqilliyimizin ilk günlərindən əsas məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Buna da iki ildən bir az artıq əvvəl nail olunub. Təbii ki, Ulu Öndər Azərbaycan-Çin münasibətlərinin inkişafında çox vacib rol oynayıb. Onun Çinə səfərləri və Çinin rəhbərləri ilə görüşləri əməkdaşlığımızın çərçivəsini yaratdı. O vaxtlar dünyada Azərbaycan o qədər də tanınmırdı. Bunun təməli məhz o vaxt qoyulub və bu gün mən olduqca şadam ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir və daha çox sahələri əhatə edir. Əməkdaşlığın gündəliyi 30 il əvvəlkindən daha genişdir. Bu münasibətlər qarşılıqlı hörmət və dostluq üzərində qurulub”.

Zərdab rayon Hüseynxanlı kənd ümumi orta məktəbin direktoru-Məkkə Həmidova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki