image-qanunla-reklam
image-d74cb354165811816331991416910774645

Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək

image-lady-day-az

Azərbaycan həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcək.

Azərbaycan Avropa üçün enerji sektorunda etibarlı tərəfdaşdır. Bir il bundan əvvəl Azərbaycan Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen tərəfindən Avropa üçün enerji sektorunda etibarlı tərəfdaş adlandırılıb. Nailiyyətlərimizin bu cür qiymətləndirilməsi böyük şərəfdir. Həqiqətən də real hədəf olan yerdə, Azərbaycan bir çox Avropa ölkələrini neft, neft məhsulları, neft-kimya məhsulları ilə təchiz edir. Avropada yeni mənbələrdən təbii qaza olan tələbatın artması ilə əlaqədar, hazırda Azərbaycan kəmər imkanlarını genişləndirməyi planlaşdırırıq.

Prezident cənab İlham Əliyevin cari ilin 13 mart tarixində Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşündə dediyi kimi, Almaniya-Azərbaycan əlaqələri yüksək səviyyədədir. Siyasi dialoq müntəzəm olaraq aparılır və cari səfər ikitərəfli münasibətlərimizə çox böyük töhfə verəcək. Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı istiqamətində çox önəmli addımlar atılır. Xüsusilə keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu bizim niyyətimizi göstərir. Memorandumun icrası və sürətlə icrası, vaxtında icrası bir daha göstərir ki, Azərbaycan Avropa üçün etibarlı tərəfdaşdır.

Azərbaycan enerji ixracını şaxələndirməklə bərpaolunan enerji mərkəzlərindən birinə çevrilmək istiqamətində mühüm layihələr həyata keçirir. Belə ki, quruda 27 qiqavatlıq, işğaldan azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisinə, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisinə sahib olan ölkəmiz yeni ixrac marşrutlarını təyin etmək niyyətindədir. Bərpaolunan enerji sahəsində təxminən 200 qiqavata yaxın potensialın mövcud olması bu istiqamətdə mühüm əhəmiyyətli layihələrin reallaşmasına geniş imkanlar yaradır. Qeyd edək ki, bərpaolunan enerji növlərinin istehsalı ölkələrin enerji təhlükəsizliyinə töhfə verməklə yanaşı, öz növbəsində yeni iş yerlərinin açılmasına da geniş imkanlar yaradır. Bu səbəbdən də dünya ölkələri “yaşıl enerji”yə keçidi daha da sürətləndirir. Sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan alternativ enerjilər iqtisadi imkanların genişlənməsində mühüm əhəmiyyət kəsb etdiyindən bütün dünyada bərpaolunan enerji keçidinə böyük həcmdə sərmayələr qoyulur. Ekoloji təmiz, alternativ enerji mənbələri arasında günəş enerjisi mühüm yer tutur.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki