image-qanunla-reklam
image-1639635773_01

30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi

image-lady-day-az

30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi.

2020-ci ilin sentyabrın 27-də erməni təxribatlarına cavab olaraq Azərbaycanın əks-həmlə əməliyyatları ilə işğl altında olan torpaqlarmızın azd edilməsi uğrunda Vətən müharibəsinə başladı. Çünki Ermənistan 30 ilə yaxın bir dövrdə torpaqlarımızı işğal altında saxlamaqla bərabər, sülh prosesini də məqsədyönlü şəkildə pozmaqda davam edirdi. Düşmən ölkənin məqsədi işğal ilə bağlı sta­tus-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri bilərəkdən danışıqlar prosesinin format və mahiyyətini də sarsıdırdı.Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident cənab İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi.Azərbaycan 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğala məruz qalan ərazilərimizin azad olunması üçün daim diplomatik təmkin nümayiş etdirirdi, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı. Lakin bunun müqabilində düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin göstərilməməsi vəziyyəti getdikcə gərginləşdirirdi. Ermənistan bütün bunlar azmış kimi, Birləşmiş Millətlət Təşkilatının (BMT) hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycan işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərini yerinə yetirmək əvəzinə yeni tor­paqlar ələ keçirməyə cəhd göstərir, bununla bağlı təxribatlar törədirdi. İşğalçı ölkənin keçmiş rəhbərləri, eləcə də baş nazir Nikol Paşin­yan tərəfindən Azərbaycan daim müharibə ilə hədələnirdi.

Ermənistanın Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaması bir daha göstərdi ki, beynəlxalq hüquq işləmir və ona riayət olunmur. Güc amili beynəlxalq münasibətlərdə ön sıraya çıxır. Azərbaycan isə öz gücünü məhz BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, beynəlxalq hüququn nor­maları çərçivəsində istifadə etdi. Bu işğalçını “Sülhə məcburetmə” əməliyyatı idi.Prezident cənab İlham Əliyevin apar­dığı siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın Vətən müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi.

Vüqar Rəhimov – Zərdab şəhər sakini, “Qanunla.Az” İnformasiya Agentliyinin Baş redaktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki