image-qanunla-reklam
image-1679384824_ac41d40c-425d-3840-971b-8f4deac2005c_850

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi

image-lady-day-az

44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi.

2023-cü ilin martın 16-da cənab Prezidentimizin təşəbbüsü ilə qardaş Türkiyənin paytaxtı Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib. Bu tədbirin Şuşada keçirilməsi nəzərdə tutulsa da, Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Prezident cənab İlham Əliyev qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış edib. Digər iştirakçı ölkələrin rəhbərləri tərəfindən də bu təklifin qəbul olunması isə bir daha Türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin nümayişi oldu. “Fəlakət – Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşündə Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlər ən yüksək səviyyədə müzakirə olunublar. Zirvə görüşündə iştirak edən cənab Prezident İlham Əliyev qardaş Türkiyədə çoxsaylı insanın tələfatına və xəsarət almasına səbəb olan faciə ilə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına bütün xalqımız adından bir daha dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.”

Prezident cənab İlham Əliyevin öz çıxışında qardaş Türkiyənin Vətən müharibəsinin gedişində ilk saatlardan Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstəyin xalqımız tərəfindən yüksək qiymətləndirildiyini bir daha qeyd etməsi ölkələrimiz və xalqlarımız arasında əsil qardaşlıq münasibətlərinin göstəricisidir: “Qardaş dəstəyinin xüsusilə ağır dönəmlərdə daha lazımlı, daha dəyərli olduğunu vurğulayan cənab Prezident İlham Əliyev buna bariz misal olaraq Türkiyə xalqının və şəxsən Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi xatırlatdı və bu dəstəyin xalqımıza əlavə güc verdiyini qeyd etdi. Əlbəttə ki, tarixi dostluq münasibətlərinin öz əksini rəsmi əlaqələrdə də tapması tamamilə məntiqə uyğun bir haldır. Buna görə də 2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və dövlətlərarası əlaqələr rəsmən müttəfiqlik səviyyəsinə qaldırılmışdır. Öz çıxışında dövlətimizin başçısı həmçinin qardaş Türkiyənin müasir dünyada ən nüfuzlu, gücündən və siyasi mövqeyindən asılı olmayaraq bütün ölkələrin hesablaşmalı olduğu bir ölkəyə çevrilməsində Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müstəsna xidmətlərini xüsusi qeyd etmişdir. Cənab Prezident Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəsin gördüyünü vurğulamış, Türkiyədə davamlı sabitliyin təmin olunmasının, ölkənin inkişafının bütün Türk dünyası üçün önəmli şərt olduğunu bildirmişdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki